Son dəqiqə

Türkiyə Suriya Hərbi Əməkdaşlıq Əli ən-Nəsan Səlcuq Bayraqdaroğlu Suriya-Türkiyə münasibətləri

Suriya və Türkiyə hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə edib

BAKI,TurkicWorld

Suriya və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında telefon danışığı olub. Tərəflər hərbi əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

TurkicWorld xəbər verir ki, Suriyanın Baş Qərargah rəisi general-mayor Əli ən-Nəsan türkiyəli həmkarı, ordu generalı Səlcuq Bayraqdaroğlu ilə telefon əlaqəsi saxlayıb.

Suriya Müdafiə Nazirliyinin şənbə günü yaydığı məlumata əsasən, danışıq zamanı iki ölkə arasında hərbi münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Telefon danışığında müzakirə olunan digər məsələlərin təfərrüatları açıqlanmayıb.

Mövzuya görə xəbərlər