BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Dövlət katibi Marko Rubio İranla bağlı diplomatik prosesin Vaşinqton üçün əsas prioritet olaraq qaldığını bildirib.
TurkicWorld xəbər verir ki, Rubio açıqlamasında ABŞ-ın İran məsələsində diplomatik həll yolunu hər zaman ilk seçim hesab etdiyini qeyd edib.
“Əgər razılaşma mümkündürsə, biz onun əldə olunmasını istəyirik. Məncə müəyyən irəliləyiş və maraq var. Amma yaxın saatlar və günlərdə bunun nə dərəcədə real nəticəyə çevriləcəyini görəcəyik”, – deyə Rubio bildirib.
ABŞ Dövlət katibi əlavə edib ki, Vaşinqton münaqişənin həllində danışıqlar və diplomatik vasitələrə üstünlük verilməsini istəyir.
Rubionun açıqlaması son günlər Ağ Ev və Tramp administrasiyasından səsləndirilən mesajlarla da üst-üstə düşür. ABŞ rəsmiləri bir tərəfdən diplomatik prosesin davam etdiyini bildirir, digər tərəfdən isə razılaşmanın əldə olunmaması halında alternativ ssenarilərin də nəzərdən keçirildiyini vurğulayırlar.







