BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların 29-cu günündə Yəməndəki "Ənsar Allah" hərəkatı (husilər) münaqişəyə rəsmi şəkildə qatıldığını elan edib.
TurkicWorld xəbər verir ki, hərəkatın hərbi sözçüsü Yəhya Səri ilk dəfə olaraq İsrailin cənubundakı hərbi obyektlərə qarşı ballistik raketlərdən istifadə edildiyini bildirib.
İsrail mediasının məlumatına görə, Yəmən istiqamətindən atılan raketlər səbəbindən Dimona, Beer-Şeva və Eylat şəhərlərində hava həyəcanı siqnalları işə düşüb. "Peykan" (Arrow) hava hücumundan müdafiə sistemi tərəfindən bir raketin zərərsizləşdirildiyi bildirilir. Eyni zamanda, İsrail ordusu Tehranın müxtəlif nahiyələrinə hava zərbələri endirdiyini, İran tərəfi isə İsrailin mərkəzi hissəsinə raket zərbəsi ilə cavab verdiyini açıqlayıb. Hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
ABŞ tərəfi isə hərbi iştirakını genişləndirmək məqsədilə "USS George Bush" aviadaşıyıcısını regiona göndərməyi planlaşdırır. ABŞ Prezidenti Donald Tramp məsələ ilə bağlı açıqlamasında İrandakı mövcud rejimin artıq dəyişdiyini və ABŞ qüvvələrinin müəyyən mərhələdən sonra bölgəni tərk edəcəyini qeyd edib. Şimal cəbhəsində isə "Hizbullah" İsrail qüvvələrini Litani çayı istiqamətində pusquya saldığını iddia edir.







