Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyənin ixracatı Türkiyə ixracat statistikası İxracat

İyun ayında Türkiyənin xalça məhsulları ixracı 24 faiz artıb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin iyun ayında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 24 faiz artaraq 205 milyon 34 min dollara çatıb.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azalaraq 1 milyard 257 milyon 949 min dollar təşkil edib.

Nazirlikdən bildirilib ki, son 12 ay ərzində (2025-ci ilin iyul ayından 2026-cı ilin iyun ayınadək) Türkiyə ümumilikdə 2 milyard 805 milyon 800 min dollar dəyərində xalça məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər