Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyə Statistika Təşkilatı (TÜİK)

Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracı xeyli artıb (ÖZƏL)

BAKI, TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana kimyəvi maddə məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq, 268 milyon 256 min 320 dollara bərabər olub.

Bu barədə TurkicWorld - ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin iyun ayında Azərbaycana kimyəvi maddə məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıraraq, 50 milyon 821 min 80 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin iyun ayında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 26,8 faiz artaraq 3 milyard 290 milyon 281 min dollar təşkil edib.

Nazirliyin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz artaraq 17 milyard 101 milyon 151 min dollara bərabər olub.

Bildirilib ki, son 12 ay ərzində (iyun 2025 – iyun 2026) Türkiyə ümumilikdə 33 milyard 211 milyon 747 min dollar dəyərində kimyəvi maddə məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər