Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyə Statistika Təşkilatı (TÜİK) 2026-cı ilin iyun ayında Türkiyənin mebel ixracı Türkiyə Ticarət Nazirliyi mebel ixracı məlumatları

Türkiyənin Azərbaycana mebel ixracı xeyli artıb (ÖZƏL)

BAKI, TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana mebel ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz azalaraq, 54 milyon 626 min 920 dollara bərabər olub.

Bu barədə TurkicWorld - ya Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin iyun ayında Azərbaycana mebel ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artıraraq, 10 milyon 432 min 80 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin iyun ayında Türkiyənin mebel ixracı ötən ilin eyni ayı ilə müqayisədə 18,2 faiz artaraq 694 milyon 415 min dollara çatıb.

Nazirliyin məlumatına görə, 2026-cı ilin yanvar–iyun aylarında Türkiyənin mebel ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz azalaraq 3 milyard 746 milyon 46 min dollar təşkil edib.

Bildirilib ki, son 12 ay ərzində – 2025-ci ilin iyulundan 2026-cı ilin iyun ayınadək Türkiyə ümumilikdə 7 milyard 914 milyon 548 min dollar dəyərində mebel ixrac edib.

Mövzuya görə xəbərlər