BAKI, TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana avtomobil sənayesi məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artaraq, 46 milyon 272 min 540 dollara bərabər olub.
Bu barədə TurkicWorld - ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2026-cı ilin iyun ayında Azərbaycana avtomobil sənayesi məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıraraq, 6 milyon 125 min 10 dollara çatdırıb.
Qeyd edək ki, 2026-cı ilin iyun ayında Türkiyənin avtomobil məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 12,7 faiz artaraq 3 milyard 837 milyon 90 min dollar təşkil edib.
Nazirliyin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 20 milyard 840 milyon 491 min dollara bərabər olub.
Bildirilib ki, son 12 ay ərzində (iyun 2025 – iyun 2026) Türkiyə ümumilikdə 42 milyard 381 milyon 286 min dollar dəyərində avtomobil sənayesi məhsulları ixrac edib.





