Son dəqiqə

İran Küveyt Bəhreyn İordaniya BƏƏ

BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pislədi

BAKI,TurkicWorld

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın Bəhreyn, Küveyt və İordaniyaya qarşı həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları (PUA) hücumlarını qətiyyətlə pisləyib.

TurkicWorld xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi tərəfindən yayılan açıqlamalarda İranın bu hücumlarının adıçəkilən ölkələrin suverenliyinin açıq şəkildə pozulması və onların təhlükəsizliyi ilə sabitliyinə ciddi təhdid yaratdığı bildirilib.

Nazirlik qeyd edib ki, BƏƏ Bəhreyn, Küveyt və İordaniya ilə tam həmrəyliyini ifadə edir və həmin ölkələrin təhlükəsizliyinin qorunmasına yönəlmiş bütün tədbirləri dəstəkləyir.

BƏƏ Xarici İşlər Nazirliyinin açıqlamasında vurğulanıb ki, region ölkələrinin təhlükəsizliyinə yönələn hər hansı hərbi eskalasiya Yaxın Şərqdə sabitliyə ciddi təsir göstərə bilər.

Bildirilib ki, BƏƏ beynəlxalq hüququn prinsiplərinə və dövlətlərin suverenliyinə hörmət edilməsinin vacibliyini bir daha təsdiqləyir.

Mövzuya görə xəbərlər