Son dəqiqə

İran ABŞ ABŞ Hərbi Dəniz Qüvvələri İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı Dəniz blokadası

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Tehrandakı Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Əli Əkbər Dərəini İranın Hörmüz boğazında ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyasını genişləndirdiyini və ABŞ hərbi gəmilərini hədəfə almağa başladığını bildirib.

TurkicWorld xəbər verir ki, Dərəini Al Jazeera-ya açıqlamasında İranın əvvəlcə hücumlarını ABŞ-ın hərbi bazaları ilə məhdudlaşdırdığını, lakin hazırda “mühasirəni yarmaq” qərarına gəldiyini deyib.

Onun sözlərinə görə, ABŞ hərbi gəmilərinin hədəfə alınması Vaşinqtona Tehranın hərəkətdə olan obyektləri də vurmaq imkanına malik olduğu barədə mesaj verir.

Dərəini bildirib ki, İran bununla ABŞ-a “sizi görürük, harada olduğunuzu bilirik və sizi uğurla vura bilərik” mesajını çatdırmağa çalışır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın iki gəmisinin, səkkiz neft tankerinin və Hörmüz boğazından keçən daha 10 gəminin hədəfə alındığını iddia edib.

ABŞ Mərkəzi Komandanlığı isə bu iddiaları rədd edərək heç bir ABŞ hərbi gəmisinin vurulmadığını və İranın bütün cəhdlərinin uğursuz olduğunu bildirib.

Yeni qarşıdurma ABŞ-ın beş İran neft tankerini məhv etdiyini açıqlamasından sonra baş verib. İran isə buna cavab olaraq Hörmüz boğazı yaxınlığında gəmilərə qarşı hücumları genişləndirib.

Hörmüz boğazında gərginliyin artması qlobal enerji bazarlarına da təsir göstərib. Brent markalı neftin qiyməti çərşənbə günü bir barel üçün 100 dolları keçib və regionda gəmiçiliklə bağlı risklər artıb.

Mövzuya görə xəbərlər