BAKI,TurkicWorld
İran ABŞ ordusunun ötən gecə İranın bir neçə neft tankerinə hücum etməsini kəskin şəkildə qınayır.
Bu, İran Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.
"Ötən gecə ABŞ ordusunun Fars körfəzi və Oman dənizində İranın bir neçə neft tankerinə hücumu, hərbi hücumların, dəniz blokadası və iqtisadi müharibənin davam etdiyini, BMT və insan haqlarının açıq-aşkar şəkildə pozulduğunu əks etdirdi", - deyə bəyanatda qeyd olunub.
İran XİN bildirib ki, ABŞ-nin İranın ticarət gəmilərinə hücum etməsi regionda gərginliyin təhlükəli şəkildə artması, üstəlik regional və beynəlxalq sülh və təhlükəsizliyə qarşı açıq-aşkar təhdid olması hesab edilir.
"ABŞ ordusunun İranın neft tankerlərinə hücumuna reaksiya olaraq İran silahlı qüvvələri İran əleyhinə ABŞ-nin hərbi hücumlarına hələ də dəstək verən İordaniyada yerləşən ABŞ-nin hərbi bazaları və imkanları, eləcə də Birləşmiş Ştatların bir neçə gəmisini atəşə tutub", - deyə bəyanatda qeyd olunub.
Bəyanata əsasən, İran ABŞ-nin hücumları qarşısında öz milli mənafeyi və suverenliyini qorumaqla yanaşı qeyd edir ki, İran silahlı qüvvələri ölkənin qanuni müdafiəsi istiqamətində heç vaxt şübhə etməyəcək və hər bir hücuma uyğun şəkildə qətiyyətli cavab verəcək.
İran XİN bir daha BMT Təhlükəsizlik Şurası, BMT baş katibini ABŞ-nin İrana qarşı hücumları ilə əlaqədar beynəlxalq sülh və təhlükəsizliyini pozulması qarşısında dərhal addım atmasını xatırladıb.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.







