Son dəqiqə

İsrail İran Livan İsrail ordusu Yaxın Şərq təhlükəsizlik Eyal Zamir Hərbi Hazırlıq

Ordu tam hazırlıq vəziyyətindədir - Eyal Zamir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir ölkə hərbçilərinin İran və Livan istiqamətində baş verən hadisələri yaxından izlədiyini və istənilən ssenariyə hazır olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Eyal Zamir açıqlamasında İsrail ordusunun yüksək hazırlıq vəziyyətində qaldığını deyib.

O bildirib ki, İsrail Hərbi Hava Qüvvələrinin “yüzlərlə təyyarəsi” dərhal fəaliyyətə keçmək üçün hazır vəziyyətdədir, on minlərlə hərbçi isə əməliyyat hazırlığının təmin olunmasına cəlb olunub.

“Hazırda belə İran və Livanda baş verənləri diqqətlə izləyirik və dərhal hərəkətə keçməyə hazırıq”, - deyə Zamir bildirib.

İsrail ordusunun rəhbəri əlavə edib ki, hər hansı bir tərəfin İsrailə zərər vurmağa cəhd etməsi halında buna qarşı tədbir görüləcək.

Açıqlama Yaxın Şərqdə ABŞ-İran gərginliyi və bölgədə artan hərbi fəallıq fonunda verilib.

Mövzuya görə xəbərlər