Son dəqiqə

Türkiyə Avropa Parlamenti Ömər Çelik

Avropa Parlamentinin qərarı Türkiyə ordusuna qarşı böhtandır - Türkiyə

BAKI,TurkicWorld

AK Parti sədrinin müavini və partiya sözçüsü Ömər Çelik Avropa Parlamentində Kipr məsələsi ilə bağlı qəbul edilən qərara münasibət bildirib.

TurkicWorld xəbər verir ki, o, qərarı Türkiyə Silahlı Qüvvələrinə qarşı “əsassız və qəbuledilməz ittiham” kimi qiymətləndirib.

Ömər Çelik sosial media hesabında paylaşım edərək Türkiyə Silahlı Qüvvələrinin tarixinin şərəf və qəhrəmanlıqla dolu olduğunu qeyd edib.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələri tarixi şan və şərəflə dolu müqəddəs bir ocaqdır. Avropa Parlamentində qəbul edilən sözdə qərar qəhrəman Türkiyə Silahlı Qüvvələrinə qarşı alçaq bir böhtandır. Bu qərarı qətiyyətlə pisləyirik”, – deyə Çelik bildirib.

AK Parti sözçüsü qeyd edib ki, heç bir əsasa söykənməyən bu cür qərarların hansı siyasi münasibətlər nəticəsində qəbul edildiyini yaxşı bildiklərini vurğulayıb.

“Bu əsassız qərarı kökündən rədd edirik. Şimali Kipr Türk Cümhuriyyətinin verdiyi açıqlamaya tarixi dürüstlük naminə hər kəs dəstək verməlidir”, – deyə Çelik əlavə edib.

O bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin tarix qarşısında bu tip ittihamların heç bir dəyəri yoxdur.

Mövzuya görə xəbərlər