BAKI, TurkicWorld
Türkiyənin Qaziantep vilayətinin İslahiye rayonunda şagirdlərin məktəblərə daşınması xidməti üçün açıq tender elan olunub.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində İslahiye rayonunun mərkəzi, kəndləri və kəndə bağlı yaşayış məntəqələrində yaşayan 973 ibtidai və orta məktəb şagirdinin 15 daşıma mərkəzi məktəbə 69 nəqliyyat vasitəsi ilə daşınması nəzərdə tutulur.
Məlumata görə, xidmət 47 xətt üzrə həyata keçiriləcək və şagirdlərin daşınması 181 iş günü ərzində təmin olunacaq.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 10 avqust 2026-ci il tarixinə qədər "Hacı Ali Öztürk Mahallesi İslahiye/Gaziantep" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir





