BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin iyun ayında Türkiyənin müdafiə və aerokosmik sənaye məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 29,6 faiz artaraq 802 milyon 810 min dollara çatıb.
Bu barədə TurkicWorld-ya Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin müdafiə və aerokosmik sənaye məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azalaraq 4 milyard 665 milyon 747 min dollar təşkil edib.
Nazirlikdən bildirilib ki, son 12 ay ərzində (2025-ci ilin iyul ayından 2026-cı ilin iyun ayınadək) Türkiyə ümumilikdə 11 milyard 68 milyon 679 min dollar dəyərində müdafiə və aerokosmik sənaye məhsulları ixrac edib.







