BAKI,TurkicWorld
Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri dəyişib.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.
Sərəncama əsasən, Anar Axundov – Azərbaycan iqtisadiyyat nazirinin müavini iqtisadiyyat naziri ilə əvəz edilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncam ilə edilən dəyişikliklər barədə Çex Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.






