BAKI,TurkicWorld,Yusif Şərifzadə
Birləşmiş Ərəb Əmirlikləri İranın İordaniyaya qarşı raket hücumunu sərt şəkildə pisləyib və Amman rəhbərliyinə tam dəstək verdiyini bildirib.
TurkicWorld xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi İran tərəfindən həyata keçirildiyi bildirilən raket hücumunu İordaniyanın suverenliyinin açıq şəkildə pozulması və ölkənin təhlükəsizliyi ilə sabitliyinə təhdid kimi qiymətləndirib.
Nazirliyin “X” sosial şəbəkəsində yayımladığı açıqlamada BƏƏ-nin İordaniya ilə “tam həmrəylik” nümayiş etdirdiyi və ölkənin təhlükəsizliyinin qorunmasına yönəlmiş bütün tədbirləri dəstəklədiyi qeyd olunub.
BƏƏ tərəfi regionda sabitliyin qorunmasının və dövlətlərin suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb.
İordaniya daha əvvəl İran tərəfindən buraxıldığı bildirilən raketlərin qarşısının alındığını açıqlamış, hadisə nəticəsində ölən və ciddi maddi zərərin olmadığını bildirmişdi.







