Bakı,TurkicWorld
Azərbaycan Xarici İşlər Nazirliyi Polşanın Krakov şəhərində baş verən, insan tələfatı və çoxsaylı xəsarətlərlə nəticələnən atışma ilə bağlı başsağlığı verib.
Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
Nazirlik həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı çatdırıb, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıb.
"Bu çətin zamanda fikirlərimiz Polşa xalqı ilədir", – paylaşımda qeyd olunub.






