Son dəqiqə

Xarici İşlər Nazirliyi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Bakı,TurkicWorld

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib.

Bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

"Türkiyə Respublikasının əsasının qoyulmasının 103-cü ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik. Bu əlamətdar gündə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkü, eləcə də ölkənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik. Türkiyənin Cümhuriyyət Bayramı mübarək olsun!", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Türkiyə Cümhuriyyəti 1923-cü il oktyabrın 29-da Ankarada keçirilən parlament iclasında elan edilib.

Mövzuya görə xəbərlər