Son dəqiqə

Xarici İşlər Nazirliyi

Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

Bakı,TurkicWorld

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayır.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürməsi ilə bağlı medianın sualına cavabında bildirilib.

Qeyd edilib ki, Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə, diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini vurğulayır.

"Ümid edirik ki, bu proses daha güclü, səmərəli və müasir çağırışlara çevik reaksiya verən Birləşmiş Millətlər Təşkilatının formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacaq", - Ayxan Hacızadə bildirib.

Mövzuya görə xəbərlər