Bakı. TurkicWorld:
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İspaniyada baş vermiş faciəvi dəmir yolu qəzası ilə bağlı başsağlığı verib.
Bu barədə XİN-in "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
“İspaniyada baş vermiş faciəvi qatar qəzası bizi dərindən kədərləndirib. Həyatını itirənlərin ailələrinə və yaxınlarına, eləcə də İspaniya hökumətinə və xalqına səmimi başsağlığımızı çatdırırıq. Faciədən zərər çəkən hər kəsə dəstəyimizi ifadə edir, xəsarət alanların tezliklə və tam sağalmasını arzulayırıq”, – deyə paylaşımda qeyd olunub.







