BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin Baş naziri Benyamin Netanyahu İranla qarşıdurmanın hələ bitmədiyini və yeni çağırışların qarşıda olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Netanyahu İsrail mediasına açıqlamasında İran hakimiyyətinə ciddi zərbə vurulduğunu iddia edib və Tehranın nüvə silahına sahib olmasına imkan verməyəcəklərini deyib.
İsrail Baş naziri bildirib ki, bu siyasət hər hansı razılaşmanın əldə olunub-olunmamasından asılı olmayacaq.
Netanyahu qeyd edib ki, İranla müharibə hələ başa çatmayıb və qarşıda yeni təhlükəsizlik problemləri dayanır.
O, həmçinin İsrail qüvvələrinin Livanın cənubunda ehtiyac olduğu müddət ərzində qalacağını bildirib.
İsrail rəhbəri daha əvvəl də İranın nüvə silahına sahib ola biləcəyini və İsrailin həyata keçirdiyi əməliyyatların bunun qarşısını aldığını iddia edib.







