BAKI,TurkicWorld,Yusif Şərifzadə
Körfəz Əməkdaşlıq Şurası Hörmüz boğazında baş verən son toqquşmalarla bağlı bəyanat yayıb və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb.
TurkicWorld xəbər verir ki, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) İran tərəfindən Hörmüz boğazında gəmilərə qarşı həyata keçirildiyi bildirilən hücumların qlobal enerji təhlükəsizliyinə və beynəlxalq ticarətə təhdid yaratdığını açıqlayıb.
Şuranın bəyanatında BMT Təhlükəsizlik Şurasına müraciət edilərək Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunması üçün qəti mövqe nümayiş etdirməyə çağırılıb.
KƏŞ İranı baş verən hücumlara görə məsul hesab etdiyini bildirib və Tehrandan bütün hərbi əməliyyatları dərhal və şərtsiz dayandırmağı tələb edib.
Bəyanatda qeyd olunub ki, Hörmüz boğazının təhlükəsizliyi yalnız region ölkələri üçün deyil, həm də dünya enerji bazarları və qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır.







