BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin iyun ayında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 faiz artaraq, 3 milyard 290 milyon 281 min dollara bərabər olub.
Bu barədə VOA-ya Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq, 17 milyard 101 milyon 151 min dollara bərabər olub.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (iyun 2026 - iyun 2025) Türkiyə 33 milyard 211 milyon 747 min dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.







