Bakı, TurkicWorld
Türkiyənin Baykar şirkəti tərəfindən strateji hədəflərə qarşı istifadə üçün hazırladığı KEMANKEŞ 1 mini seyr raketi süni intellekt əsaslı uçuş testini uğurla tamamlayıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Baykar şirkətinin rəhbəri Selçuk Bayraktar məlumat yayıb.
Qeyd edək ki, KEMANKEŞ 1, adını ən çətin şəraitdə belə oxunu hədəfə dəqiq çatdıran oxçulardan alır. Bu mini ağıllı seyr füzəsi, Bayraktar AKINCI Hücum İnsansız Hava Aparatı (TİHA), Bayraktar TB2 SİHA və Bayraktar TB3 SİHA platformalarından buraxıla bilir.
Məlumat üçün bildirək ki, bir saat havada qala bilən və jet mühərrikə sahib olan KEMANKEŞ 1, düşmən mövqelərinin dərinliklərində yerləşən yüksək riskli hədəflərə sürətlə hücum etmə qabiliyyətinə malikdir. Eyni zamanda süni intellekt əsaslı avtopilot sistemi sayəsində tamamilə avtonom uçuş ehəyata keçirir.
Süni İntellekt Dəstəkli Optik Sistem ilə KEMANKEŞ 1 hədəfi tanıyaraq, çətin hava şəraitində belə yüksək dəqiqliklə məhv edə bilir. Gecə və gündüz şəraitində istifadə edilə bilən bu mini seyr raketi anti-jamming (elektron qarışdırmaya qarşı) texnologiyası sayəsində düşmənin radioelektron müdaxilələrindən təsirlənmir.
KEMANKEŞ 1 bütün kamera görüntülərini bağlı olduğu platforma vasitəsilə yerüstü idarəetmə mərkəzinə göndərir. Beləliklə, real vaxt rejimində məlumatların izlənilməsi mümkün olur.
KEMANKEŞ 1100 km rabitə məsafəsinə, 150 km əməliyyat radiusuna, 40 kq maksimum uçuş ağırlığına və 5 kq faydalı yük daşıma qabiliyyətinə malikdir.
KEMANKEŞ 1 ilk dəfə TEKNOFEST 2023 çərçivəsində Atatürk Hava Limanında keçirilən sərgidə nümayiş etdirilib.
İlk sınaq atışı 14 iyun 2023-cü ildə Bayraktar TB2 SİHA-dan buraxılaraq uğurla tamamlanıb.
Dünyanın ən böyük Pilotsuz Uçuş Aparatları (PUA) ixracatçısı olan Baykar, hazırda imzalanan müqavilələrinin 97,5 faizini ixracat hesabına reallaşdırıb.
Həmçinin qeyd edək ki, Bayraktar TB2 SİHA üçün 33 ölkə, Bayraktar AKINCI TİHA üçün isə 9 ölkə ilə müqavilə imzalanıb. Ümumilikdə isə Baykar, 34 ölkə ilə ixracat sazişi bağlayaraq qlobal bazarda liderliyini qoruyur.