Son dəqiqə

Türkiyə Selçuk Bayraktar Baykar SAHA EXPO 2026 müdafiə sərgisi

Baykar SAHA EXPO 2026-da yeni nəsil pilotsuz sistemlərini təqdim edəcək

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin müdafiə sənayesi sahəsində aparıcı şirkəti yeni texnologiyalarını beynəlxalq platformada nümayiş etdirəcək.

TurkicWorld xəbər verir ki, Baykar İstanbulda keçiriləcək SAHA EXPO 2026 sərgisində geniş məhsul portfeli ilə iştirak edəcək.

Məlumata görə, şirkət sərgi çərçivəsində ilk dəfə olaraq K2 kamikadze pilotsuz uçuş aparatı, həmçinin “Mızrak” və “Sivrisinek” adlı ağıllı dolaşan döyüş sursatlarını təqdim edəcək.

Bildirilib ki, bu sistemlər süni intellekt dəstəyi ilə yüksək dəqiqlikli zərbə imkanları təqdim edir və müasir döyüş şəraitində effektiv istifadə üçün nəzərdə tutulub.

Sərgidə eyni zamanda Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”, “Bayraktar TB2”, “Bayraktar TB3” və “Bayraktar Akıncı” platformaları da nümayiş etdiriləcək.

Şirkətin təqdim edəcəyi məhsullar arasında elektro-optik sistemlər, lazer işarələyicilər və yüksək dəqiqlikli xəritələmə texnologiyaları da yer alacaq.

Qeyd edək ki, SAHA EXPO 2026 çərçivəsində Baykarın yerli və xarici tərəfdaşlarla yeni strateji əməkdaşlıq sazişləri imzalaması da planlaşdırılır.

Mövzuya görə xəbərlər