BAKI,TurkicWorld
Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanmış AKINCI pilotsuz döyüş uçuş aparatı (PUA) yeni silah sınağı keçirib. Bu dəfə AKINCI PUA sınaq zamanı 250 kilometrdən çox məsafədə yerləşən hədəfi dəqiq vurub.
TurkicWorld xəbər verir ki, bu barədə ArabAZ “Baykar” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən məlumat yayıb.
Bildirilib ki, sınaq zamanı AKINCI-dan Roketsan tərəfindən hazırlanmış UAV-300 səsdən sürətli ballistik raketi buraxılıb. PUA Tekirdağdakı Çorlu Uçuş Təlim və Sınaq Mərkəzindən havaya qalxaraq Qara dəniz üzərindəki sınaq zonasına keçib:
“Sinop sahillərində keçirilən sınaq zamanı dəniz hədəfinə atılan UAV-300 birbaşa zərbə ilə hədəfi məhv edib. Uğurlu atışdan sonra AKINCI əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə Çorluya qayıdıb. UAV-300-ün də inteqrasiyası ilə AKINCI-nın uzaqmənzilli və yüksək təsir gücünə malik zərbə imkanları daha da genişlənib”.
Qeyd edək ki, daha əvvəl PUA-nın UAV-122 və UAV-230 səsdən sürətli raketlərini də uğurla inteqrasiya etdiyi qeyd olunur. Müxtəlif məsafə, tuşlama və döyüş başlığı imkanlarına malik çoxsaylı yerli sursatlarla təchiz edilən AKINCI həm yerüstü, həm də hava hədəflərinə qarşı müxtəlif tapşırıqları yerinə yetirə bilir.
Baykarın məlumatına görə, şirkət 2025-ci ildə pilotsuz uçuş aparatları seqmentində 2,2 milyard dollar həcmində ixrac həyata keçirərək dünyanın ən böyük PUA ixracatçısı olaraq qalıb.







