Bakı, TurkicWorld:
EFES-2024 təlimləri çərçivəsində Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanan mini smart qanadlı raket KEMANKEŞ 2 və Maşınqayırma və Kimya Sənayesi (MKE) tərəfindən hazırlanan zirehli döyüş maşını DAĞHAN H-620 ilk dəfə nümayiş etdirilib.
Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən məlumat verilib.
Qeyd edək ki, 200 kilometr uçuş məsafəsinə sahib olan və çətin hava şəraitində belə hədəfini tam dəqiqliklə tanıyıb məhv edə bilən KEMANKEŞ 2, süni intellektlə dəstəklənən optik yönləndirmə sistemi sayəsində gecə-gündüz şəraitində istifadə edilə bilər.
Elektron tıxaclardan təsirlənmədən işləyə bilən KEMANKEŞ 2, əldə etdiyi bütün məlumat və şəkilləri yer idarəetmə stansiyasına ötürərək istifadəçiyə məlumat izləmədə də dəstək verə bilər.
Məlumat üçün bildirək ki, Baykar tərəfindən hazırlanmış mini ağıllı qanadlı raket olan KEMANKEŞ 1, ötən il Atatürk Hava Limanında keçirilən TEKNOFEST 2023 çərçivəsində ilk dəfə ictimaiyyətə nümayiş etdirilib.
DAĞHAN H-620 isə aşağı infraqırmızı iz buraxan və səssizcə hərəkət etməyə imkan verən hibrid sürücü sistemi ilə də diqqət çəkir. Yeni nəsil texnologiyaları ehtiva edən bu 18-20 tonluq avtomobilə 20-40 millimetr məsafədən idarə olunan silah sistemi inteqrasiya oluna bilər.
Qeyd edək ki, təlimdə 45 müxtəlif ölkədən 11 minə yaxın personal iştirak edir.