Bakı. TurkicWorld:
İraq İnkişaf Yolu layihəsi üzərində işlər davam edir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İraqlı həmkarı Rezzak Muheybes əs-Saddavi ilə görüşündən sonra açıqlamasında bildirib.
"İl ərzində layihənin maliyyələşdirilməsi və tenderinin gedişatını görəcəyik. Bundan əlavə, prezident Rəcəb Tayyib Ərdoğanın İraqa səfəri gözlənilir", - deyə o əlavə edib.
Məlumat üçün bildirək ki, İnkişaf yolu layihəsi, Türkiyəni 1 200 kilometrlik dəmir yolu və avtomobil yolu ilə Fars körfəzindəki Əl-Fav limanına birləşdirəcək. Yeni İpək Yolu olaraq təyin olunan layihə, Avropadan Körfəz ölkələrinə qədər geniş bir bölgəyə təsir göstərərək ortaq faydalar verəcək.