Son dəqiqə

İraq neft Səudiyyə Ərəbistanı Qırmızı dəniz Hörmüz boğazı Neft İxracı enerji Şərq-Qərb neft kəməri

Səudiyyənin strateji neft kəməri həftələrlə tam işləməyə bilər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Ötən həftə hücuma məruz qalan Səudiyyə Ərəbistanının strateji Şərq-Qərb neft kəmərinin əsas hissəsinin bir neçə həftə ərzində istismardan kənarda qalacağı bildirilir. “Associated Press”ə danışan, adları açıqlanmayan iki rəsminin sözlərinə görə, dəymiş ziyanın aradan qaldırılması vaxt aparacaq.

TurkicWorld xəbər verir ki, məsələ barədə məlumatlandırılmış rəsmilər təmir işlərinin, o cümlədən əsas nasos stansiyalarından birində bərpa tədbirlərinin üç-beş həftə davam edə biləcəyini bildiriblər.

Rəsmilərdən biri qeyd edib ki, təmir işləri aparıldığı müddətdə neft kəmərinin qismən istismara verilməsi mümkündür. Mənbələr mediaya açıqlama vermək səlahiyyətləri olmadığı üçün adlarının açıqlanmasını istəməyiblər.

Səudiyyə Ərəbistanının şərqindən qərbinə uzanan Şərq-Qərb neft kəməri ölkənin enerji ixracı üçün strateji əhəmiyyət daşıyır. Kəmər Ər-Riyada nefti Hörmüz boğazından yan keçməklə Qırmızı dəniz sahillərinə nəql etmək imkanı verir.

Təxminən 1200 kilometr uzunluğunda olan kəmərin gündəlik ötürmə gücü 7 milyon barelə qədərdir.

Səudiyyə Ərəbistanı ötən cümə axşamı kəmərin fəaliyyətinin dayanmasına səbəb olan hücumun İraqdakı İranın dəstəklədiyi silahlı qruplaşmalar tərəfindən buraxılan pilotsuz uçuş aparatları ilə həyata keçirildiyini bildirib.

Mövzuya görə xəbərlər