Son dəqiqə

Fransa Emmanuel Makron İraq Paris Yaxın Şərq Enerji təhlükəsizliyi Hörmüz boğazı Terrorizmlə mübarizə Əli əz-Zeydi

Makron İraqın Baş naziri ilə Hörmüzdə gərginliyin azaldılmasını müzakirə edib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Fransa Prezidenti Emmanuel Makron Parisdə İraqın Baş naziri Əli əz-Zeydini qəbul edib. Görüşdə Yaxın Şərqdə sabitliyin təmin edilməsi, Hörmüz boğazında gərginliyin azaldılması və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub.

TurkicWorld xəbər verir ki, Emmanuel Makron sosial şəbəkədəki paylaşımında Yaxın Şərqdə sabitliyin təmin edilməsinin Fransa vətəndaşlarının maraqlarının qorunması baxımından da əhəmiyyət daşıdığını bildirib.

Fransa Prezidenti qeyd edib ki, Hörmüz boğazında gərginliyin azaldılması istiqamətində fəaliyyət göstərmək və alternativ enerji nəqli marşrutlarını inkişaf etdirmək ölkənin enerji təchizatının təhlükəsizliyinə xidmət edə bilər.

Makronun sözlərinə görə, bu addımlar yanacağın qiymətləri üzərindəki təzyiqin azalmasına da kömək edə bilər.

Tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı da nəzərdən keçiriblər. Makron Fransa ilə tərəfdaş ölkələr arasında bu sahədə əlaqələrin dərinləşdirilməsinin terrorizmə qarşı birgə mübarizənin davam etdirilməsi baxımından vacibliyini vurğulayıb.

Məlumata görə, İraqın Baş naziri Əli əz-Zeydi Fransaya səfərindən sonra Almaniyaya yollanacaq.

Mövzuya görə xəbərlər