Son dəqiqə

İran ABŞ İraq İran aviaşirkətləri İraq hava limanları

İraq bəzi hava limanlarının İran aviaşirkətləri üçün açılmasını istəyir

BAKI,TurkicWorld

İraq hökuməti İran aviaşirkətlərinə tətbiq olunan məhdudiyyətlərdən bəzi hava limanlarının azad edilməsi üçün ABŞ-la danışıqlar aparır. Təklif edilən istisnalar humanitar məqsədli, təhsil, dini ziyarət və tibbi müalicə ilə bağlı uçuşların bərpasına imkan verə bilər.

TurkicWorld xəbər verir ki, İraqın Baş naziri Əli əz-Zeydinin mətbuat xidmətinin yaydığı açıqlamada Vaşinqtonla aparılan danışıqların məqsədinin müəyyən hava limanlarına tətbiq olunan məhdudiyyətlər üzrə istisnaların əldə edilməsi olduğu bildirilib.

Məlumata görə, bu istisnaların qüvvəyə minməsi halında humanitar məqsədlərlə həyata keçirilən uçuşların, təhsil səfərlərinin, dini ziyarətlərin və tibbi müalicə üçün səyahətlərin yenidən təşkilinə imkan yaranacaq.

Bundan əvvəl İraqın dörd hava limanı İrana gedən və İrandan gələn bütün uçuşları dayandırıb. Bu qərar ABŞ-ın İran aviaşirkətləri ilə əməkdaşlıq edən şirkətlərə qarşı yeni aviasiya sanksiyaları tətbiq edəcəyini açıqlamasından bir neçə gün sonra qəbul edilib.

İraq hökuməti bölgədə ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda gərginliyin yüksək olaraq qaldığını qeyd edib. Bağdad bütün tərəfləri dialoq və danışıqlara qoşulmağa, hazırkı böhran və münaqişələrə region ölkələrinin və xalqlarının maraqlarına uyğun həll yolları tapmağa çağırıb.

Mövzuya görə xəbərlər