BAKI,TurkicWorld
Misirin xarici işlər naziri Bədr Əbdülati İƏT-in 52-ci sessiyası çərçivəsində Bağdadda İraqın Baş naziri Əli Falih əz-Zeydi, parlament spikeri Heybət əl-Həlbusi, sabiq baş nazir Məhəmməd Şia əl-Sudani və "Təqəddüm" partiyasının lideri Məhəmməd əl-Həlbusi ilə görüşlər keçirib.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki,görüşlərdə 2024-cü ildə 1,1 milyard dollara çatan ikitərəfli ticarət dövriyyəsinin artırılması, Misir şirkətlərinin İraqın bərpa və infrastruktur layihələrində iştirakı, İraq baş nazirinin 23 noyabrda Qahirəyə planlaşdırılan rəsmi səfəri və İordaniya ilə üçtərəfli enerji layihələrinin sürətləndirilməsi müzakirə edilib.
Əbdülati Misirin İraqın suverenliyinə və silahların yalnız dövlət nəzarətində saxlanılması siyasətinə tam dəstəyini ifadə edib. Danışıqlarda həmçinin Trampın Qəzza sülh planının icrası, anklavdan İsrail qoşunlarının çıxarılması, Suriya və Yəməndəki vəziyyət, eləcə də Hörmüz boğazında naviqasiya təhlükəsizliyi üzrə koordinasiyanın gücləndirilməsi razılaşdırılıb.







