Son dəqiqə

İran Misir Yaxın Şərq siyasəti İran xarici işlər nazirinin müavini Misir xarici işlər naziri

Misir və İran xarici işlər nazirləri gərginliyin azaldılması yollarını müzakirə edib

BAKI,TurkicWorld

Misirin xarici işlər naziri Bədr Əbdülləti iranlı həmkarı Abbas Əraqçi ilə regiondakı münaqişələrin həlli üçün danışıqlar yoluna qayıtmaq imkanlarını müzakirə edib.

TurkicWorld xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin açıqlamasına görə, tərəflər gərginliyin azaldılmasına və qarşıdurmaların nəzarət altına alınmasına imkan verəcək razılaşmaya nail olmaq üçün irəli sürülən təklifləri müzakirə ediblər.

Bədr Əbdülləti həmçinin Körfəz ölkələrinin və regiondakı bütün dövlətlərin təhlükəsizliyinə və sabitliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb. Görüş zamanı Yaxın Şərqdə mövcud vəziyyət və diplomatik həll yollarının tapılması istiqamətində mümkün addımlar barədə fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər