Bakı. TurkicWorld:
Türkiyənin Gənclər və İdman Nazirliyi FETÖ terror təşkilatının təbliğatı səbəbilə Antalya "Qızıl Portağal" film festivalından dəstəyini geri çəkib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Gənclər və İdman Nazirliyi açıqlama verib.
"Türk kinosunun ən mühüm festivallarından biri olan Antalya "Qızıl Portağal" film festivalında sənədli film yarışması bölməsində “Kanun Hükmü” adlı sənədli filmdə FETÖ terror təşkilatının təbliğatı aparılır. Bu səbəbdən festivala dəstək olmayacayıq", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 28 sentyabr tarixində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi də FETÖ təbliğatı səbəbilə Antalya "Qızıl Portağal" film festivalından geri çəkildiyini açıqlayıb.
Ləman Əsədli
Twitter: Lamanasadli01



