Son dəqiqə

Türkiyə FETÖ Ali Yerlikaya FETÖ terror təşkilatı

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin 46 rayonunda FETÖ terror təşkilatına qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 151 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya əməliyyatların Polis Baş İdarəsinin Terrorla Mübarizə (TEM), Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (KOM) və Kəşfiyyat strukturlarının koordinasiyası ilə həyata keçirildiyini bildirib.

Nazirin sözlərinə görə, saxlanılan 151 nəfərdən 82-si barəsində həbs qətimkan tədbiri seçilib, 54 nəfər barəsində isə məhkəmə nəzarəti tətbiq olunub. Digər şübhəlilərlə bağlı istintaq tədbirləri davam etdirilir.

Araşdırmalar zamanı şübhəlilərin FETÖ-nün:

  • məhkəmə və hərbi “məxfi strukturlarında”,
  • təhsil və tələbə şəbəkələrində,
  • təşkilat daxilində “məxfi bölmələrdə” fəaliyyət göstərdikləri,
  • şifrəli ByLock proqramından istifadə etdikləri,
  • ankesörlü telefonlar vasitəsilə əlaqə saxladıqları,
  • təşkilat rəhbərləri ilə birbaşa təmasda olduqları,
  • müsahibə və imtahan proseslərində qeyri-qanuni üstünlüklər əldə etdikləri,
  • “qaybubət evi” adlandırılan gizli mənzillərdə yerləşdirildikləri

müəyyən edilib.

Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, dövlətin bütövlüyünə, cəmiyyətin sabitliyinə və vətəndaşların təhlükəsizliyinə təhdid yaradan FETÖ və onun bütün strukturlarına qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.

Mövzuya görə xəbərlər