BAKI,TurkicWorld, Nailə Babazadə
FETÖ-yə qarşı İstanbul mərkəzli 8 vilayətdə keçirilən əməliyyat nəticəsində 18 şübhəli saxlanılıb.
TurkicWorld xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən FETÖ-yə qarşı yeni istintaq başladılıb.
Təşkilatın mövcud strukturu daxilində fəaliyyət göstərdiyi müəyyən edilən bəzi üzvlər ifşa olunub.
İstanbul mərkəz olmaqla 8 vilayətdə eyni vaxtda əməliyyat tədbirləri həyata keçirilib. Saxlanılan 18 nəfərin Polis İdarəsində istintaq hərəkətləri davam edir.
Şübhəlilərin FETÖ daxilində məsul vəzifələrdə təmsil olunduqları ehtimal edilir.





