Son dəqiqə

Türkiyə FETÖ Edirne FETÖ terror təşkilatı

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib

BAKI, TurkicWorld

Türkiyədə ölkədən qaçmağa cəhd edən FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib, 5 nəfər həbs olunub.

TurkicWorld xəbər verir ki, hadisə Edirnə vilayətində qeydə alınıb.

Vilayət Polis İdarəsinin Kəşfiyyat şöbəsi və Keşan Terrorla Mübarizə Bürosunun əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Edirnə–Keşan avtomobil yolunda iki nəqliyyat vasitəsi saxlanılıb.

Yoxlama zamanı avtomobillərdə FETÖ terror təşkilatının üzvü olduqları müəyyən edilən 6 şübhəli şəxs və sürücülər saxlanılaraq polisə aparılıb. Araşdırmalardan sonra şübhəlilər məhkəməyə təqdim olunub.

Bundan əlavə, miqrant qaçaqmalçılığı iddiası ilə məhkəməyə çıxarılan sürücülər T.D və H.E də məhkəmənin qərarı ilə nəzarət tədbiri şərti ilə azadlığa buraxılıb.

Mövzuya görə xəbərlər