BAKI,TurkicWorld, Nailə Babazadə
Ankara Baş Prokurorluğu tərəfindən FETÖ-nün "dövlət qurumlarındakı gizli strukturu"na qarşı aparılan istintaq çərçivəsində 3 nəfərin tutulması barədə qərar verilib.
TurkicWorld xəbər verir ki, Terror Cinayətlərini İstintaq Bürosu tərəfindən həyata keçirilən araşdırmalar nəticəsində bəzi şübhəlilərin təşkilatdaxili rabitə üçün "operativ xətlərdən" istifadə etdiyi müəyyən edilib.
İstintaq materiallarına görə, sözügedən 3 şəxsin təşkilatın gizli xəbərləşmə proqramı olan "ByLock"dan istifadə etdiyi təsbit olunub. Şübhəlilərdən ikisinin daha əvvəl dövlət qulluğundan xaric edildiyi, birinin isə hazırda aktiv vəzifədə olduğu bildirilir. Onların saxlanılması üçün əməliyyatlara başlanılıb.




