BAKI,TurkicWorld Orxan Qədirzadə
Suriyanın paytaxtı Dəməşqdə Fransa Prezidenti Emmanuel Makronun qaldığı otelin yaxınlığında partlayış baş verib.
İlkin məlumata görə, partlayış Makronun yerləşdiyi otelin ətrafında qeydə alınıb. Hadisənin səbəbi, mümkün itkilər və dağıntılar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
Fransa Prezidentinin təhlükəsizlik vəziyyəti ilə bağlı da hələlik rəsmi açıqlama verilməyib.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili yardım xidmətləri cəlb olunub. Ərazi mühasirəyə alınıb və araşdırmalara başlanılıb.
Rəsmi qurumların hadisə ilə bağlı yaxın saatlarda əlavə məlumat verməsi gözlənilir.







