BAKI,TurkicWorld
Birləşmiş Ərəb Əmirlikləri Suriyanın paytaxtı Dəməşqdə bir kafedə törədilən, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror partlayışını ən kəskin şəkildə pisləyib.
TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında BƏƏ-nin bu terror aktlarını qətiyyətlə pislədiyi, təhlükəsizlik və sabitliyi pozmağa yönəlmiş zorakılıq və terrorizmin bütün formalarını birmənalı şəkildə rədd etdiyi bir daha təsdiqlənib.
Nazirlik bu mənfur hücumla bağlı həlak olanların ailələrinə, Suriya Ərəb Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, eləcə də bütün yaralananların tezliklə sağalmasını arzulayıb.







