Son dəqiqə

Suriya Al Baraka Su Al Baraka Azerbaijan Könüllüləri aksiya

"Al Baraka Azerbaijan" İdlibdə 500 ailəni təmiz içməli su ilə təmin etdi

BAKI,TurkicWorld

"Al Baraka Azerbaijan" təşkilatının könüllüləri tərəfindən Suriyanın İdlib bölgəsində növbəti genişmiqyaslı humanitar aksiya həyata keçirilib.

"Suriya - Su Paylanması Layihəsi №1315" çərçivəsində həyata keçirilən təşəbbüs nəticəsində bölgənin Darkuş şəhərində yaşayan və suya ciddi ehtiyacı olan 500 ailəyə təmiz içməli su çatdırılıb.

Aksiya təşkilatçıları bildiriblər ki, susuzluq və ağır məişət şəraitində mübarizə aparan yüzlərlə ailəyə göstərilən bu dəstək təkcə maddi yardım deyil, həm də həmrəylik, insanlıq və qardaşlıq nümunəsidir. Təşkilat nümayəndələri layihənin reallaşmasında rolu olan, maddi imkanları və duaları ilə dəstək verən bütün xeyriyyəçilərə dərin minnətdarlıqlarını ifadə ediblər.

Açıqlamada qeyd olunub ki, göstərilən dəstək ehtiyac sahiblərinin həyat şəraitinin yaxşılaşdırılmasına töhfə verməklə yanaşı, xeyirxah insanların davamlı yardımlaşma ənənəsini bir daha nümayiş etdirir.

Mövzuya görə xəbərlər