Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Ömər Bolat İbrahim Yumaklı

Kənd təsərrüfatı və qida sektorunda ticarət siyasətini gücləndirməyi hədəfləyirik – Ömər Bolat

Bakı. TurkicWorld:

Kənd təsərrüfatı və qida sektorunda ticarət siyasətini gücləndirməyi hədəfləyirik

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Ticarət naziri Ömər Bolat deyib.

Ticarət naziri Ömər Bolat sosial media hesabında Ticarət Nazirliyində Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı ilə görüşdüklərini bildirib.

"Kənd təsərrüfatı və qida sektorumuzda daxili və xarici ticarət siyasətini gücləndirərək vətəndaşlarımızın ehtiyaclarını ən uyğun və kafi miqdarda ödəmək üçün səylərimizi tam sürətlə və ahəngdar koordinasiyada davam etdirəcəyik." – deyə Bolat qeyd edib.

İki nazirlik arasında koordinasiyalı işlər çərçivəsində qida-kənd təsərrüfatı və heyvandarlıq sektorları ilə bağlı istehsal-istehlak və ixrac balansları ilə bağlı prioritetlər müəyyənləşdirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər