Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi İyul statistikaları Türkiyə Statistika Təşkilatı (TÜİK)

Türkiyənin ABŞ-yə sement məhsulları ixracı xeyli artıb (ÖZƏL)

BAKI, TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin yanvar – iyun aylarında Türkiyədən ABŞ-yə sement məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz artaraq, 379 milyon 290 min 620 dollara bərabər olub.

Bu barədə TurkicWorld - ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin iyun ayında ABŞ-yə sement məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 226 faiz artıraraq, 70 milyon 850 min 380 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin iyun ayında Türkiyənin sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 420 milyon 128 min dollara bərabər olub.

2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq, 2 milyard 230 milyon 515 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (iyun 2026 - iyun 2025) Türkiyə 4 milyard 550 milyon 561 min dollar məbləğində sement məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər