Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi Türkiyə Statistika Təşkilatı (TÜİK) Türkiyənin tekstil məhsulları ixracı

Türkiyənin Azərbaycana tekstil məhsulları ixracı xeyli artıb (ÖZƏL)

BAKI, TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana tekstil məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalaraq, 21 milyon 639 min 390 dollara bərabər olub.

Bu barədə TurkicWorld - ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin iyun ayında Azərbaycana tekstil məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artıraraq, 4 milyon 257 min 60 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin iyun ayında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 21,8 faiz artaraq 841 milyon 996 min dollar təşkil edib.

Nazirliyin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz azalaraq 4 milyard 708 milyon 717 min dollara bərabər olub.

Bildirilib ki, son 12 ay ərzində (iyun 2025 – iyun 2026) Türkiyə ümumilikdə 9 milyard 381 milyon 317 min dollar dəyərində tekstil məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər