Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi İxracat Türkiyənin dəri məhsulları ixracı Türkiyə dəri məhsulları ixracı

Türkiyənin ABŞ-yə dəri məhsulları ixracı xeyli artıb (ÖZƏL)

BAKI, TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin yanvar – iyun aylarında Türkiyədən ABŞ-yə dəri məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 22,4 faiz artaraq, 36 milyon 574 min 310 dollara bərabər olub.

Bu barədə TurkicWorld - ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin iyun ayında ABŞ-yə dəri məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 226 faiz artıraraq, 8 milyon 342 min 140 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar–iyun aylarında Türkiyədən Azərbaycana dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz azalaraq 5 milyon 39 min 510 ABŞ dolları təşkil edib.

Nazirliyin açıqlamasına görə, 2026-cı ilin iyun ayında Türkiyənin Azərbaycana dəri məhsulları ixracı illik müqayisədə 14,7 faiz artaraq 847 min 100 ABŞ dollarına çatıb. Bu, iki ölkə arasında dəri sənayesi məhsulları üzrə ticarətdə aylıq artım tendensiyasının davam etdiyini göstərir.

Məlumata əsasən, 2026-cı ilin iyun ayında Türkiyənin ümumi dəri məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 21,2 faiz artaraq 109 milyon 545 min ABŞ dolları təşkil edib.

Eyni zamanda, 2026-cı ilin yanvar–iyun aylarında Türkiyənin qlobal dəri məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz azalaraq 682 milyon 225 min ABŞ dollarına enib.

Türkiyə Ticarət Nazirliyi bildirib ki, son 12 ay ərzində – 2025-ci ilin iyulundan 2026-cı ilin iyun ayınadək ölkənin dəri məhsulları ixracının ümumi dəyəri 1 milyard 410 milyon 523 min ABŞ dollarına çatıb.

Mövzuya görə xəbərlər