Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi elektrik avadanlıqları Türkiyə ixracat statistikası

Türkiyənin ABŞ-yə elektrik avadanlıqları ixracı xeyli artıb (ÖZƏL)

BAKI, TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin yanvar – iyun aylarında Türkiyədən ABŞ-yə elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 41,1 faiz artaraq, 679 milyon 155 min 300 dollara bərabər olub.

Bu barədə TurkicWorld - ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2026-cı ilin iyun ayında ABŞ-yə elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 53,4 faiz artıraraq, 119 milyon 870 min 120 dollara çatdırıb.

Qeyd edək ki, 2026-cı ilin iyun ayında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq, 1 milyard 664 milyon 602 min dollara bərabər olub.

2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz artaraq, 9 milyard 133 milyon 644 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (iyun 2026 - iyun 2025) Türkiyə 18 milyard 537 milyon 335 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib

Mövzuya görə xəbərlər