BAKI, TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin yanvar – iyun aylarında Türkiyədən ABŞ-yə polad məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz artaraq, 299 milyon 707 min 620 dollara bərabər olub.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Türkiyə 2026-cı ilin iyun ayında ABŞ-yə polad məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 226 faiz artıraraq, 73 milyon 450 min 920 dollara çatdırıb.
Qeyd edək ki, 2026-cı ilin iyun ayında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 22,4 faiz artaraq 1 milyard 750 milyon 276 min dollar təşkil edib.
Nazirliyin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artaraq 8 milyard 384 milyon 208 min dollara bərabər olub.
Bildirilib ki, son 12 ay ərzində (iyun 2025 – iyun 2026) Türkiyə ümumilikdə 16 milyard 670 milyon 645 min dollar dəyərində polad məhsulları ixrac edib.





