Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda finala yüksəlib

Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda finala yüksəlib

Bakı. TurkicWorld:

Azərbaycan gimnastı Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda finala yüksəlib.

TurkicWorld xəbər verir ki, Selcan Mahsudovanın çıxışının nəticəsi 53.370 bal olub, o, təsnifatda üçüncü yeri tutub.

Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku yarışları keçirilir. Yarışda dünyanın 16 ölkəsindən 60-dan çox gimnast iştirak edir. Gimnastlar fərdi və sinxron proqramlar təqdim edirlər.