Türkiyə gimastları Bakıda keçirilən Dünya Kubokunda sinxron tullanma proqramında birinci yeri tutublar

Türkiyə gimastları Bakıda keçirilən Dünya Kubokunda sinxron tullanma proqramında birinci yeri tutublar

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sinxron tullanma proqramında Türkiyə gimnastları Sena Elçin Karakaş və Sıla Karakuş 44,140 xalla birinci yeri tutublar.

Trend-in məlumatına görə, ikinci yeri Tea Lilyerut və Lina Syoberq (İsveç, 42.030 xal), üçüncü yeri isə Meri Qolota və Aleksandra Bonartseva (Rusiya, 32.790 xal) tutublar.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.