Bakıda Batut gimnastikası üzrə dünya kubokunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Bakıda Batut gimnastikası üzrə dünya kubokunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Bakı. TurkicWorld:

Bakıda Milli Gimnastika Arenasında kişilər və qadınlar arasında fərdi proqramda Batut gimnastikası üzrə dünya kubokunun qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.

TurkicWorld xəbər verir ki, qadınların fərdi proqramında Kamilla Qomez (Braziliya) qızıl, Lea Labrousse (Fransa) gümüş, Selcan Maxsudova (Azərbaycan) isə bürünc medala sahib olublar.

Qalib və mükafatçılara mükafatları Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.

Kişilər arasında fərdi proqramda birinci yeri Danil Musabayev (Qazaxıstan), ikinci yeri Xorxe Martin (İspaniya), üçüncü yeri Allan Morante (Fransa) tutub.

Qalib və mükafatçılara mükafatları İspaniya Gimnastika Federasiyasının baş katibi İqnasio Marron təqdim edib.